Türkiyə prezidenti BMT-nin Baş katibi ilə görüşüb
Tarix: 20-09-2021 23:14 | Bölmə: Dünya
Türkiyə prezidenti BMT-nin Baş katibi ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.

“Anadolu” agentliyinin məlumatına görə, Nyu-York şəhərində yeni açılan “Türk Evi”nin binasında baş tutan görüş mətbuata qapalı keçirilib.

Görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və BMT 75-ci Baş Assambleyasının sədri Volkan Bozkır da iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}