Tramp: “ABŞ üçüncü dünya ölkəsi olacaq"
Tarix: 21-09-2021 12:01 | Bölmə: Dünya
Tramp: “ABŞ üçüncü dünya ölkəsi olacaq"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin gələcəyi ilə bağlı bədbin proqnoz verib.

“RİA Novosti” xəbər verir ki, o, ABŞ-ın üçüncü dünya ölkəsi olacağını deyib. Buna səbəb kimi isə Meksika ilə sərhəddə davam edən miqrasiya böhranını göstərib.

“Sərhədimizdə indiyədək belə hal olmayıb. Milyonlarla insan ölkəni tərk edir”, - D.Tramp bildirib.

Xatırladaq ki, D.Tramp Co Baydenin and içməsindən sonra ölkənin yüksək sürətlə zəifləyəcəyini demişdi/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}