“Taliban” Əfqanıstanın BMT-dəki daimi nümayəndəsini dəyişib
Tarix: 22-09-2021 08:28 | Bölmə: Dünya
“Taliban” Əfqanıstanın BMT-dəki daimi nümayəndəsini dəyişib

“Taliban” BMT-yə yazılı olaraq bildirib ki, Əfqanıstanın əvvəlki hökuməti tərəfindən təyin edilmiş daimi nümayəndəsi Qulam İsakzai artıq ölkəni təşkilatda təmsil etmir.

Reyting.az
xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Xak “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, bununla bağlı BMT Baş katibinin ünvanına sentyabrın 20-də rəsmi məktubla müraciət olunub: “Məktubda daimi nümayəndənin missiyasının tamamlandığı və artıq Qulam İsakzainin Əfqanıstanı təmsil etmədiyi bildirilib. Eyni zamanda, yeni daimi nümayəndə kimi Məhəmməd Sühail Şahinin təyin olunduğu qeyd edilib”.

Fərxan Xak əlavə edib ki, məktubda, həmçinin, avqustun 15-dən Əfqanıstanın əvvəlki prezidenti Əşrəf Qəninin qovulduğu və ölkədə onun artıq prezident olaraq tanımadığını vurğulanıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}