BMT Əfqanıstana 45 milyon dollar ayıracaq
Tarix: 22-09-2021 14:24 | Bölmə: Dünya
BMT Əfqanıstana 45 milyon dollar ayıracaq

BMT-nin Humanitar məsələlərin koordinasiyası üzrə idarəsi Əfqanıstana 45 milyon ABŞ dolları həcmində humanitar yardım ayıracaq.

Bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin bəyanatında deyilir.

Məlumata görə, vəsait əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və BMT-nin Uşaq Fonduna (UNICEF), daha sonra isə beynəlxalq və milli qeyri-hökumət təşkilatları vasitəsilə Əfqanıstanda xəstəxanaların fəaliyyətinin təmin edilməsinə yönləndiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}