Rusiyadakı təyyarə qəzasında bütün heyət ölüb
Tarix: 23-09-2021 13:43 | Bölmə: Dünya
Rusiyadakı təyyarə qəzasında bütün heyət ölüb

Sentyabrın 22-də Rusiyanın Xabarovsk diyarında qəzaya uğramış “An-26” təyyarəsinin göyərtəsindəki altı nəfər həlak olub.

Reyting.az
-ın məlumatına görə, xilasetmə xidmətindən TASS-a bildiriblər ki, qəza yerində həlak olanların cəsədlərinin qalıqları tapılıb.

Xilasetmə qüvvələri və istintaq qrupu hadisə yerində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, təyyarə dünən radarlardan itmiş, daha sonra qəzaya uğradığı açıqlanmışdı. Ehtimal olunur ki, təyyarə yaxınlıqdakı qoruq ərazisində təpəyə dəyərək qəzaya uğrayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}