Ərdoğan: "Putindən fərqli gözləntilərim var”
Tarix: 24-09-2021 17:14 | Bölmə: Dünya
Ərdoğan: "Putindən fərqli gözləntilərim var”

“Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərim var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyənin həmrəylik içində olmasının vacibliyini müzakirə edəcəyini vurğulayıb: “Suriyada Putindən gözləntilərim çox fərqlidir. Bu mübarizəni cənubda birgə aparmağımız lazımdır. Hazırda göründüyü kimi, Amerika Suriya ilə münasibətilərində çox da maraqlı deyil. Bölgədə də Türkiyə, İran, Rusiya var. Bu bölgədə də bir sülh şəraiti yaratmağımızı müzakirə etməyimiz vacibdir”.

Onun sözlərinə görə, Türkiyənin ikitərəfli münasibtlərinin daha da inkişaf etdirilmə cəhdləri var: “Əgər hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşması lazımdır”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər