Pakistanda partlayış: 4 hərbçi həlak olub, yaralılar var
Tarix: 26-09-2021 11:17 | Bölmə: Dünya
Pakistanda partlayış: 4 hərbçi həlak olub, yaralılar var

Pakistanın Bəlucistan əyalətində avtomobilin partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 2 nəfər xəsarət alıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib. Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayıb.

Əraziyə güc strukturlarının əməkdaşları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı üzərinə götürüb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}