22:53 / 11-09-2025
Qubada güclü sel körpünü dağıdıb
22:29 / 11-09-2025
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
18:03 / 11-09-2025
Lukaşenko: "Sülhün bərqərar olmasında Trampa kömək etməyə hazıram"
17:57 / 11-09-2025
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
17:43 / 11-09-2025
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
17:27 / 11-09-2025
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
17:24 / 11-09-2025
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
17:06 / 11-09-2025
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
17:04 / 11-09-2025
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
16:36 / 11-09-2025
Prezident İlham Əliyev sərəncam imzalayıb
16:26 / 11-09-2025
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
16:23 / 11-09-2025
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
16:23 / 11-09-2025
Konstitusiya Məhkəməsinə Aparat rəhbəri təyin olunub
16:20 / 11-09-2025
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
16:11 / 11-09-2025
"Qarabağ" klubu iki nigeriyalı futbolçu alıb
16:08 / 11-09-2025
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
15:48 / 11-09-2025
Belarusda 50-dən çox siyasi məhbus azadlığa buraxılıb
15:15 / 11-09-2025
Ankara şəhərində zəlzələ olub
15:06 / 11-09-2025
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
14:53 / 11-09-2025
Dövlət obyektləri icarəyə verilir - Siyahı
14:21 / 11-09-2025
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
13:31 / 11-09-2025
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
12:59 / 11-09-2025
Finlandiya prezidenti Ukraynaya gəlib
12:27 / 11-09-2025
NATO Ukrayna səmasında rus təyyarələrini vurmalıdır - Diplomat
12:19 / 11-09-2025
MİQ imtahanı üçün ödəniş yüksək olmayacaq
12:13 / 11-09-2025
Mars üçün könüllülər seçiblər - Foto
12:03 / 11-09-2025
Ukrayna kəşfiyyatı Rusiya gəmisini vurub
11:55 / 11-09-2025
Su qıtlığının qarşısını almaq mümkün deyil
11:40 / 11-09-2025
Nazir: 113 müəssisə ilə bağlı qərar veriləcək
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

Merkel nə qədər pensiya alacaq?
Tarix: 29-09-2021 13:26 | Bölmə: Dünya

16 ildir Almaniya hökumətinə başçılıq edən Merkel kansler postundan gedəcəyini hələ 2018-ci ildə elan edib. Həmin il o bildirib ki, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcək, kansler postuna və başqa vəzifəyə iddia etməyəcək. Nəticədə 2021-ci ilin yanvarında Merkelin 2000-ci ildən başçılıq etdiyi Xristian Demokrat İttifaqına yeni sədr seçilib. Bu postu Armin Laşet tutub.
2021-ci ilin parlament seçkisi sentyabrın 26-da keçirilib. İlkin nəticələrə görə, 735 deputatı olacaq parlamentdə mandatların 206-nı Sosial Demokrat Partiyası, 196-nı Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyans, 118-ni Yaşıllar Partiyası, 92-ni Azad Demokrat Partiyası, 83-nü Almaniya üçün Alternativ Partiyası, 39-nu Sol Partiya, 1-ni kiçik bölgə partiyası qazanır.
Heç bir qurum təkbaşına hökumət formalaşdırmaq üçün lazımi sayda mandat qazana bilmədiyinə görə parlament partiyaları koalisiya hökuməti qurmaq istiqamətində danışıqlara başlamağa hazırlaşır. Ancaq nəticə necə olur-olsun, hətta hökumətə Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyans başçılıq etsə belə, Merkel kansler postundan gedəcək.
Bəs o, təqaüdə çıxandan sonra nə işlə məşğul olacaq?
Novator.az saytının məlumatına görə, Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində bu mövzuda dərc edilmiş məqalədə deyilir ki, Angela Merkel kartof şorbası və kərə yağında piroq bişirməyi xoşlayır. Bu təamlar əsasən alman mətbəxinə xas payız yeməkləridir: “Ancaq Merkelin hələ bir müddət bu işlə məşğul ola bilməyəcək, çünki o, yeni hökumət formalaşana qədər kansler vəzifəsini icra etməlidir”.
Yazıda xatırladılır ki, iyul ayında Vaşinqtona səfəri zamanı Angela Merkelə pensiyaya çıxandan sonra nə edəcəyi barədə sual verilmişdi: “Başqa vaxt Merkel sualdan yayınardı, amma bu dəfə o, əvvəlcə siyasi fəaliyyətinə ara verəcəyini, heç bir dəvəti qəbul etməyəcəyini bildirdi. Artıq kansler vəzifəsini başqa birisinin icra edəcəyi fikri ilə barışdığını vurğulayan Merkel dedi ki, hakimiyyətdən sonrakı halını da bəyənəcəyinə inanır. Xanım Merkel onu da bildirdi ki, 16 ildir şəxsi marağının nədə olduğunu götür-qoy etməyə imkanı olmayıb, vaxt tapan kimi bu barədə də düşünəcək. ABŞ-ın Con Hopkins Universitetinin fəxri doktoru diplomuna yenicə layiq görülmüş kansler xəfifcə gülümsəyərək əlavə etdi: “Bəlkə qiraətlə məşğul olaram ki, yorulum, yuxum gəlsin, bir qədər mürgüləyə bilim. Sonrasını isə zaman göstərər”.
Məqalədə qeyd olunur ki, Merkelin 67 yaşı iyulda tamam olub. Maliyyə baxımından sıxıntısı yoxdur, kansler ayda 25 min avro maaş alır. Parlamentin deputatı kimi əlavə 10 min avro maaşı da var. O, otuz ildir parlamentin üzvüdür.
Kansler postundan gedəndən sonra Merkel üç ay ərzində bu vəzifədəki maaşını tam həcmdə alacaq. Sonra maksimum 21 ay ərzində ona maaşının yarısı qədər müvəqqəti müavinət veriləcək.
Kansler postunda 16 il çalışmasının faydasını Merkel pensiyaya çıxanda da görəcək. 1953-cü ildə qəbul edilmiş federal qanuna görə, ən azı 4 il kansler postunu tutmuş şəxs bu postu tərk edəndən sonra vəzifə maaşının 27,74 faizini ala bilər. Kansler postunda hər əlavə iş ilinə görə isə məbləğ 2,29167 faizdən 71,75 faizədək arta bilər. Bu o deməkdir ki, Merkel keçmiş kansler kimi ayda 15 min avroya yaxın pensiya almaq imkanında olacaq.
Eyni zamanda o, xidməti avtomobil, sürücü və cangüdənlə təmin olunacaq. Qanun keçmiş kanslerə parlament binasında (Bundestaqda) ofis ayrılmasını, ofis meneceri, iki müşavir və katiblə təmin olunmasını da nəzərdə tutur.
Bütün bunlarla bərabər otuz il Bundestaq üzvü, yeddi il nazir (1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri) olması da Merkelə əlavə imtiyazlar verir. Bunları da üstünə gələndə Merkelin pensiyasının daha çox olacağını ehtimal etmək mümkündür.
“Deutsche Welle” yazır ki, Merkelin ən azı bir müddət Berlində yaşayacağı ehtimal olunur. Çünki onun həyat yoldaşı, kimyaçı alim Yoahim Zauer hələ öz işindən ayrılmağı düşünmür.
72 yaşlı Yoahim Zauer Berlində Humboldt Universitetinin fəxri professorudur. Onun ən azı gələn ilə qədər baş elmi işçi kimi müqaviləsi qüvvədədir.
Angela Merkel 1954-cü ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulub. Üç yaşında olarkən valideynləri ilə Almaniya Demokratik Respublikasına köçüb. 1978-ci ildə Leypsiq Universitetinin fizika fakültəsini bitirən Angela Merkel uzun müddət elmi fəaliyyətlə məşğul olub, 1990-cı ildə Almaniya birləşəndən sonra siyasətə qoşulub.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:29
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
Bu gün, 15:48
Belarusda 50-dən çox siyasi məhbus azadlığa buraxılıb
Bu gün, 12:59
Finlandiya prezidenti Ukraynaya gəlib
Bu gün, 10:58
İsrailə raket hücumu olub
Bu gün, 08:22
Tramp Netanyahunun Dohaya zərbəsini təqdir etməyib
Dünən, 18:28
Nazir: Deyəsən, Rusiya NATO-nu sınaqdan keçirir
Dünən, 12:04
Almaniya yeni raket istehsalına hazırlaşır
Dünən, 11:25
Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm
Dünən, 11:19
İsrail “Fələstin 2” raketləri ilə vurulub
Dünən, 08:37
Ukrayna PUA-ları Bryansk vilayətinə hücum edib
Dünən, 08:25
Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək
Dünən, 07:53
Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq
Dünən, 00:09
Nepalın hökumət sarayı tamamilə yanıb
9-09-2025, 17:25
Nepal prezidenti istefa verib? - Yenilənib
9-09-2025, 16:39
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
9-09-2025, 14:38
Ukraynaya 2 milyon mərmi çatdırmağı planlaşdırırlar
9-09-2025, 12:31
Nazir: Yaxın gələcəkdə Ukraynada sülh olmayacaq
9-09-2025, 11:50
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir
9-09-2025, 11:14
Ukrayna Nazirlər Kabinetini vuran raketdə ABŞ komponenti tapılıb
9-09-2025, 10:57
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
9-09-2025, 08:26
Ərdoğan: “Polad günbəz” sərhədlərimizi etibarlı şəkildə qoruyacaq
9-09-2025, 08:07
Boris Conson qanunsuz fəaliyyət göstərir?
8-09-2025, 18:09
Metro işçilərinin tətili Londonu iflic edib
8-09-2025, 17:52
Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir
8-09-2025, 17:43
Baş katib Ukrayna məsələsini müzakirə etməyə gedir
8-09-2025, 13:39
Ukrayna ordusu xeyli əraziyə nəzarəti bərpa edib
8-09-2025, 11:58
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir
8-09-2025, 08:51
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
6-09-2025, 18:25
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
5-09-2025, 18:05
Britaniya baş nazirinin müavini istefa verib
5-09-2025, 15:19
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
5-09-2025, 13:17
Mask Trampın dəvətini qəbul etməyib
5-09-2025, 11:48
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
5-09-2025, 08:28
Peskov: Putinin Trampla görüşünü çox tez təşkil etmək olar
5-09-2025, 08:16
Pentaqon Venesuelanın təxribat xarakterli addımını pisləyib
4-09-2025, 17:30
Avropaya yeni təhlükə yaranır
4-09-2025, 17:13
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
4-09-2025, 14:52
İki ildən sonra Rusiyanın daha çox raketi olacaq
4-09-2025, 14:28
Tbilisi meri: "ABŞ-la dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir"
4-09-2025, 11:12
Ermənistanın ABŞ-dakı səfirinin qardaşı saxlanılıb
3-09-2025, 16:30
Merz: Putin hərbi cinayətkardır!
3-09-2025, 14:46
Sərnişin hava limanının anons sistemini ələ keçirib
3-09-2025, 14:42
Putin KXDR əsgərlərinə görə Kim Çen Ina təşəkkür edib