Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirib - Foto
Tarix: 01-10-2021 08:45 | Bölmə: Dünya
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iclasda qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunub.

Məlumata görə, Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, qlobal iqlim dəyişikliyi məsələsində də üzərinə düşənləri edəcək.

Türkiyə Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcək. Bu səbəbdən humanitar böhranın öhdəsindən gəlmək üçün məsuliyyət daşımaq çağırışı edilib.

Diqqətə çatdırılıb ki, Yunanıstanın və Cənubi Kıpr rəhbərliyinin birtərəfli hərəkətlərinin dəstəklənməsi bölgədəki anlaşılmazlıqları daha da dərinləşdirir.

Qeyd edilir ki, Suriyada mülki vətəndaşları hədəf alan və sabitliyə zərər verən hərəkətlər bölgədə vəziyyətin nizamlanmasına da mane olur.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər