Türkiyə və ABŞ-ın müdafiə nazirləri nəyi müzakirə edib?
Tarix: 02-10-2021 11:22 | Bölmə: Dünya
Türkiyə və ABŞ-ın müdafiə nazirləri nəyi müzakirə edib?

Türkiyənin Milli müdafiə naziri Hulusi Akarla ABŞ-ın Müdafiə naziri Lyod Austin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığının prezident Ərdoğanın Soçidə rusiyalı həmkarı Putinlə bir araya gəlməsi, “S-400” kompleksləri də daxil olmaqla bir sıra məsələlər ətrafında danışıqlar aparmasından sonraya təsadüf etməsi diqqət çəkir.

Nazir Akar və amerikalı həmkarı arasında telefon danışığı zamanı iki ölkə arasında hərbi münasibətlərin gücləndirilməsinin əhəmiyyətinə vurğu edilib.

“Hulusi Akar və Lyod Austin arasında telefon danışığı zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik mövzuları müzakirə olunub. Nazir Akar və nazir Austin daha yaxın əməkdaşlıq və koordinasiya ilə iki ölkə arasında hərbi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıbla”,- Türkiy Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər