Kammenos: “Türkiyə ilə qarşıdurma qaçılmazdır”
Tarix: 02-10-2021 19:03 | Bölmə: Dünya
Kammenos: “Türkiyə ilə qarşıdurma qaçılmazdır”

“Türkiyə ilə isti qarşıdurma qaçılmazdır ”.

Reyting.az
xəbər verir ki, belə bir avanturist açıqlama ilə Yunanıstanın sabiq müdafiə naziri Panos Kammenos çıxış edib.

Qeyd edək ki, Kammenos partiyasının qapadılmasından ilyarım sonra açıqlamalar verməyə başlayıb.

Yunanıstanın “Skai” telekanalına danışan sabiq müdafiə naziri Panos Kammenos Türkiyə ilə Egeydə isti qaşıdurmanın qaçılmaz olduğunu bildirib. Ehtimal edib ki, olacaq hücum durumunda ilk anlarda Yunanıstan ortada tək qalacaq. Kammenosun açıqlaması yunan mediasında geniş yayılıb.

Yunanıstan Sualtı Komandanlığının hərbi manevr əsnasında türk balıqçılar tərəfindən provokasiya edildiyini söyləyən sabiq nazir Türkiyənin məqsədinin Yunanıstanı Avropa Məhkəməsinə sürükləmək olduğunu, bu səbəbdən də isti qarşıdurma yaradacaqlarını iddia edib.

Kammenos öznün müdafiə naziri olduğu dövrdə əlaqə kanallarını heç zaman qapalı saxlamadığını bildirərək Türkiyə müdafiə naziri Hulusi Akarla sistemli telefon görüşmələrində olduğunu qeyd edib.

Türkiyədə saxlanılan iki yunan əsgəri və Yunanıstanda həbs edilən əsgərin dəyişdirilməsi mövzusunda telefonla müzakirə aparıb anlaşdıqlarını vurğulayan Kammenos “Hörmətli Hulisi Akarın məndə, mənim də onda telefon nömrəmiz vardı. Narahatlıq yaranan məqamda bir-birimizlə rahat danışa bilirdik”,- ifadəsini işlədib.

Yunanıstanın indiki Baş naziri Kiryakos Miçotakis hökumətini tənqid edən Kammenos deyib ki, əlaqə kanallarını qapatmaq olmaz: “Ayrıca sənin suverenliyin pozularkən məsləhətləşmə apara bilmərsən”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər