Türkiyədə zəlzələ baş verib
Tarix: 04-10-2021 21:33 | Bölmə: Dünya
Türkiyədə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4.3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanın episentri Egey dənizi sahilindən 8.09 kilometr aralıda olub. Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, son günlər Egey dənizi bölgəsində də seysmoloji gərginlik müşahidə olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər