Dövlət Departamentindən Gürcüstana çağırış: Saakaşvili ilə ədalətli davranın
Tarix: 05-10-2021 08:48 | Bölmə: Dünya
Dövlət Departamentindən Gürcüstana çağırış:  Saakaşvili ilə ədalətli davranın

ABŞ Gürcüstanı həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili ilə ədalətli münasibətə və hüquqlarına hörmət etməyə çağırıb.

TASS xəbər verir ki, bu çağırışı ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə edib.

Prays deyib ki, gürcü hakimiyyətini Gürcüstan qanunlarına və onun insan haqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq Saakaşvili ilə ədalətli davranmağa çağırırıq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər