Moldovanın Baş prokuroru saxlanılıb - Video
Tarix: 06-10-2021 08:33 | Bölmə: Dünya
Moldovanın Baş prokuroru saxlanılıb

Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo 72 saat müddətinə saxlanılıb.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə ona qarşı qaldırılan cinayət işini aparan prokuror Viktor Furtune bildirib.

V. Furtune deyib ki, A. Stoyanoqlonun iş otağında axtarış apardıq, sonra onu saxladıq: “O, Cinayət Məcəlləsinin dörd maddəsi: vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, korrupsiya və yalan ifadə vermək ittihamlarını özündə birləşdirən cinayət işi üzrə saxlanılıb. İstintaq davam edir".

Onun müavinləri də işdən uzaqlaşdırılıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər