Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib
Tarix: 13-10-2021 23:11 | Bölmə: Dünya
Türkiyədə İranın casus şəbəkəsi ifşa edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) polislə birlikdə ölkənin şərqində - Van əyalətində əməliyyat keçirib. “Anadolu” agentliyi xəbər verir ki, əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib.

Məlumata görə, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.

Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.

İran kəşfiyyatçılarının keçmiş hərbçini qanunsuz yolla ölkələrinə keçirmək üçün Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd etdiklərini də müəyyənləşdirib. Məlumatda bildirilib ki, Vanda müvəqqəti qeydiyyatda olan keçmiş hərbçinin qaçaq yolla keçirilməsinə dəstək üçün iranlı kəşfiyyatçıların verdiyi təlimat üzrə onun həyat yoldaşına təzyiq də göstərilib. Belə ki, keçmiş hərbçinin həyat yoldaşına İrana keçirilməsinə yardım etməsi üçün 10 min dollar pul təklif edilib, dəstək verməyəcəyi təqdirdə isə İrandakı ailəsinə zərər veriləcəyi bildirilib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər