Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Tarix: 14-10-2021 10:45 | Bölmə: Dünya
Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

"Taliban" Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb/Report

Qeyd edək ki, bu, "Taliban"ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər