Özbəkistanda prezident seçkisi: bir posta beş iddialı var
Tarix: 14-10-2021 22:54 | Bölmə: Dünya
Özbəkistanda prezident seçkisi: bir posta beş iddialı var

Oktyabrın 14-ü Özbəkistanda prezident seçkisinin erkən səsverməsi başlayıb. Bu proses oktyabrın 20-də bitir. Əsas səsvermə oktyabrın 24-nə təyin olunub.

Reyting.az
xəbər verir ki, dövlət başçısı kürsüsünə 5 iddiaçı var. Sosial Demokrat Partiyası Bəhram Abduhalimovu, Xalq Demokrat Partiyası Məqsudə Vorisovanı, Milli Dirçəliş Partiyası Əlişir Qədirovu, Ekologiya Partiyası Narzulla Oblomuradovu namizəd göstərib.

Liberal Demokrat Partiyasının namizədi indiki prezident Şövkət Mirziyayevdir. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev Özbəkistan Ali Sovetinin, Ali Məclisinin deputatı, paytaxt Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak vilayətinin, Səmərqənd vilayətinin icra hakimi olub. 2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub.

2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.

Özbəkistan prezident idarə üsulu 1990-cı ildən tətbiq olunur. Həmin ildən vəfat etdiyi 2016-cı il sentyabrın 2-dək prezident postunu İslam Kərimov tutub.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər