16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlər İranın nüvə proqramını müzakirə ediblər
Tarix: 15-10-2021 08:00 | Bölmə: Dünya
Nazirlər İranın nüvə proqramını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı olub.

Rusiya KİV-ləri xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı (JCPOA) ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumatda qeyd olunur ki, nazirlər İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafında vəziyyəti müzakirə ediblər. “Nüvə razılaşması”nın başlanğıc balanslaşdırılmış konfiqurasiyada bərpasının bütün tərəflər üçün hüquq və maraqların təmin edildiyinin yeganə düzgün yol olduğunu bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}