Millət vəkili seçiciləri ilə görüş zamanı öldürülüb
Tarix: 15-10-2021 22:40 | Bölmə: Dünya
Millət vəkili seçiciləri ilə görüş zamanı öldürülüb

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb.

Deputat hadisə yerində həyatını itirib.

Polisin məlumatına görə, 25 yaşlı şəxs şübhəli qismində saxlanıb.

Baş nazir Boris Conson öldürülən millət vəkilini xeyirxah, gözəl və mülayim insan kimi xarakterizə edib. O, hadisədən çox kədərləndiyini və şok keçirdiyini bildirib:

“Deyvid bu ölkəyə və onun xoş gələcəyinə inanan bir adam idi. Bu gün gözəl bir dövlət xadimini, çox sevilən bir dostumuzu və həmkarımızı itirdik”, - deyə Baş nazir bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər