"Taliban"la müqavimət cəbhəsi arasında toqquşma: ölənlər var
Tarix: 16-10-2021 23:18 | Bölmə: Dünya
"Taliban"la müqavimət cəbhəsi arasında toqquşma: ölənlər var

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Əfqanıstan İslam Agentliyi xəbər verir ki, toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}