Rəsmi Kiyev: “Belarus Krımı Rusiya ərazisi kimi tanısa, Ukrayna tam hərəkətə keçəcək”
Tarix: 01-12-2021 11:23 | Bölmə: Dünya
Rəsmi Kiyev: “Belarus Krımı Rusiya ərazisi kimi tanısa, Ukrayna tam hərəkətə keçəcək”

“Belarus Krımı Rusiya ərazisi kimi tanısa, Ukrayna tam hərəkətə keçəcək”.

“RİA Novosti” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Krıma səfər etmək niyyətində olduğunu bildirərək 2014-cü ildə keçirilən referendumdan sonra defakto və deyure yarımadanın Rusiyaya çevrildiyini qeyd edib.

Rəsmi Kiyev isə buna cavab olaraq bildirib: "Biz Lukaşenkonun sözlərini yox, hərəkətlərini qiymətləndirəcəyik. Əgər Belarus həqiqətən də Krımın Rusiya tərəfindən ilhaqını tanısa, bu, Ukrayna-Belarus münasibətlərinə düzəlməz zərbə vuracaq. Biz tam şəkildə hərəkətə keçəcəyik"/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər