Rusiya XİN: "Bu tədbir təhlükəli və ikiüzlülükdür"
Tarix: 01-12-2021 12:01 | Bölmə: Dünya
Rusiya XİN: "Bu tədbir təhlükəli və ikiüzlülükdür"

“ABŞ-ın dekabrda keçirmək niyyətində olduğu “Demokratiya uğrunda sammit” ideyası təhlükəli və ikiüzlülükdür”.

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədbiri hansı dövlətin, hansı formatda keçirməsinə deyil, onun ideyasına diqqət yetirmək lazımdır: “İdeya yalnız ikiüzlülüyə görə deyil, demokratiya, insan haqları qorunmayan dövlətlərin bunlardan danışması və bunları öyrətməyə cəhdi çox təhlükəlidir”.

Qeyd edək ki, dekabrın 9-10-da ABŞ Prezidenti Cozef Bayden təşəbbüsü ilə videoformatda “Demokratiya uğrunda sammit” keçiriləcək. Tərbirdə dövlətləin liderləri, hüquq müdafiəçiləri və iş adamları iştirak edəcəklər. Ümumilikdə “sammit”ə 110 dövlətin lderi dəvət edilib. Bu siyahıda Tayvan adasının adı olsa da Çin, Rusiya, Türkiyə və Misir kimi dövlətlərin adları yoxdur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər