Gürcüstanda PCR testin müddəti azaldılacaq
Tarix: 01-12-2021 14:41 | Bölmə: Dünya
Gürcüstanda PCR testin müddəti azaldılacaq

Gürcüstanda koronavirusun aşkarlanması üçün 72 saatdan öncə verilən PCR testin qüvvədə olma müddətinin azaldılacağı gözlənilir.

Bu məsələ ölkənin İmmunizasiya Şurasının bugünkü iclasında müzakirə olunub.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib ki, “Omikron” ştamına görə dünyada yeni reallıq yaranıb: “Bəzi ölkələr PCR testin müddətini 48 saata endirib. Toplantıda mərkəzimiz məsələ ilə bağlı rəyini bildirib”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər