Çavuşoğlu ilə Sergey Lavrov görüşəcək
Tarix: 02-12-2021 15:28 | Bölmə: Dünya
Çavuşoğlu ilə Sergey Lavrov görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 3-də rusiyalı həmkarı Sergey Lavrovla İsveçin paytaxtı Stokholmda görüşəcək.

“TRT Haber” xəbər verir ki, bunu Mövlud Çavuşoğlu müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, dekabrın 2-si və 3-də Ukraynanın xarici işlər naziri Dmirto Kuleba, dekabrın 3-də isə Sergey Lavrovla görüşəcək.

M.Çavuşoğlu hər iki tərəflər təmas saxladıqlarını söyləyərək tərəflər gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezdenti Vladimir Putin arasında telefon danışığı da olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}