Ukrayna müdafiə naziri: "Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər"
Tarix: 03-12-2021 14:03 | Bölmə: Dünya
Ukrayna müdafiə naziri: "Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər"

“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin gələn ilin yanvarın sonunda arta biləcəyi ehtimal olunur:

“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər