Rusiya səfiri dəyişəcək
Tarix: 04-12-2021 10:30 | Bölmə: Dünya
Rusiya səfiri dəyişəcək

Rusiya səfiri Sergey Kopirkin yaxın vaxtlarda Ermənistandan geri çağırılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“O, 2018-ci ilin aprelində Ermənistana səfir təyin edilib və görünür, bu, diplomatik xidmət haqqında qanuna uyğundur, çünki diplomatlarla əmək müqaviləsi 3 il müddətinə bağlanır, Kopirkinin işində isə 3 il artıq vaxt keçib. Lakin dövlət öz nümayəndəsindən razıdırsa, adətən müqavilə uzadılır. Rusiya səfirləri isə heç bir fövqəladə hal olmadığı halda, bir qayda olaraq, ev sahibi ölkələrdə öz işlərinə davam edirlər.

Belə olan halda, görünür, müəyyən qədər narazılıq var və indiki səfirin gedişi də bununla şərtlənəcək”, – deyə Ermənistan nəşri yazır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}