Çin ABŞ-ı olimpiadaya görə hədələyib
Tarix: 06-12-2021 18:08 | Bölmə: Dünya
Çin ABŞ-ı olimpiadaya görə hədələyib

Çin Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edəcəyi təqdirdə, ABŞ-a qarşı cavab tədbirləri görməyə hazırdır.

"Reuters" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan açıqlama verib.

O bildirib ki, Çin və ABŞ arasında mühüm sahələrdə dialoqa və əməkdaşlığa təsirdən yayınmaq üçün boykot çağırışları dayandırılmalıdır: "Birləşmiş Ştatlar bilərəkdən bu mövqedə möhkəm durarsa, Çin qətiyyətli əks-tədbirlər görəcək".

ABŞ-ın Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot edəcəyi gözlənilir.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər