Rusiya məhkəməsi "Google" şirkətini yenə cərimələyib
Tarix: 07-12-2021 13:33 | Bölmə: Dünya
Rusiya məhkəməsi "Google" şirkətini yenə cərimələyib

Moskvanın Taqanski Rayon Məhkəməsi “Google” şirkətini cərimələyib.

Məlumata görə, məhkəmənin mətbuat katibi Zülfiyyə Qurinçuk “Google” şirkətinin linkləri silmədiyinə görə 5 milyon rubl (67,1 min ABŞ dolları) cərimələndiyini bildirib.

““Google” şirkəti Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və ona 5 milyon rubl məbləğində inzibati cərimə kəsilib”, - nümayəndə qeyd edib.

Xatırladaq ki, Rusiyada daha əvvəl də "Google" şirkəti cərimələnib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər