16:39 / 28-11-2024
Sabah qar yağacaq
Stokholm Rusiyanın qeyri-adi aktivlyindən narahatdır
Tarix: 14-01-2022 18:02 | Bölmə: Dünya
Stokholm Rusiyanın qeyri-adi aktivlyindən narahatdır

İsveç ordusunun general-leytenantı Leyf Klasson bəyan edib ki, Rusiyanın Baltik dənizindəki aktivliyi adi mənzərədən kənara çıxır.

Reyting.az
xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayımlayıb.

General Klassonun sözlərinə görə, deyilən səbəbdən Skandinaviyanın silahlı qüvvələri özünün döyüş hazırlığını yüksəltməyə başlayıb: “Biz ordu birləşmələrimizin dislokasiya yerini dəyişməyə qərar verdik. Bu, heç də təhlükənin artması anlamına gəlməməlidir, amma biz həmişə yaranmış şəraitə adaptasiya olunmağı düşünürük”.

Məlumatda deyiir ki, NATO-nın üzvü olmayan İsveç bu günlərdə Rusiyanın Şimal donanmasının bir neçə desant gəmisinin Baltik dənizinə daxil olduğunu müşahidə edib. İsveç Silahlı Qüvvələrinin əməliyyat rəhbəri Klasson açıqlamasına görə, İsveç ordusunun gördüyü bir sıra tədbirlər kənardan seziləcək, bəziləri isə yox.

“Biz havada, dənizdə, suyun altında və quruda müxtəlif formada və fərqli coğrafi nöqtələrdə hərəkət edəcəyik”, - deyə general bildirib. Onun sözlərinə görə, aşkar həyata keçirilən tədbirlər Kalininqraddan 300 kilometrlik məsafədə yerləşən, Baltik dənizində strateji cəhətdən mühüm sayılan Qotland adasından görünəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər