09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
NATO Çini qınadı, Rusiyaya xəbərdarlıq etdi: "Ukraynaya dəstəyi daha da artıracağıq"
Tarix: 23-03-2022 18:00 | Bölmə: Dünya
NATO Çini qınadı, Rusiyaya xəbərdarlıq etdi: "Ukraynaya dəstəyi daha da artıracağıq"

“İndi Ukrayna böyük cürət nümayiş etdirir. Biz də NATO olaraq Ukraynaya hərbi təchizat baxımdan kömək edirik”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Qaçqınlara da ev sahibliyi edirik. Rusiya Prezidenti Vladimir Putinin bu işğalı ancaq iztiraba, ölümə səbəb olur. Ona görə də Ukraynanı dəstəkləməyə davam edirik. Eyni zamanda müharibənin miqyasının genişlənməməsinə görə məsuliyyət daşıyırıq. Biz Gürcüstan kimi müttəfiqlərimizi də dəstəkləməkdəyik”,- o bildirib/Report

Reyting.az TRT-yə istinadla xəbər verir ki, Baş katib Ukraynadakı vəziyyətin onları çox  narahat etdiyini deyib: "Sabahkı toplantıda Ukraynaya göstərilən dəstəyin daha da artırılacağı barədə qərar veriləcəyinə ümid edirik. Ukraynanın NATO-ya üzvlüyü müzakirə mövzusu deyil. Lakin dəstək artırıla bilər”.

Baş katib Çinin Ukraynadakı savaşa mövqeyinə də toxunub. Bildirib ki, sabahkı toplantıda rəsmi Pekinin Rusiyaya dəsyəi də qınanlıacaq.

Rusiyanın nüvə silahını tətbiq etməsi ehtinalına toxunan Baş katib deyib ki, bu, heç kəsin xeyrinə olmaz.

Xatırladaq ki, NATO-nun sabahkı toplantısında ABŞ prezidenti Cozef Bayden də iştirak edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər