Rusiyadan qovulmuş amerikalı diplomatların siyahısı səfirliyə təqdim olunub
Tarix: 23-03-2022 22:37 | Bölmə: Dünya
Rusiyadan qovulmuş amerikalı diplomatların siyahısı səfirliyə təqdim olunub

Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.

Rusiya KİV-ləri xəbər verir ki, nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim edilib.

Qeyd olunur ki, fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza deyib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}