Ukraynada Rusiyanın 17300 hərbçisi öldürülüb
Tarix: 30-03-2022 12:56 | Bölmə: Dünya
Ukraynada Rusiyanın 17300 hərbçisi öldürülüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 17300 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 605 ədəd tankı, 1 723 ədəd zirehli döyüş maşını, 305 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 131 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1 184 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}