NATO Baş katibi: “Gəlin, bəzi mövqeləri ehtiyatla dəyərləndirək”
Tarix: 30-03-2022 13:08 | Bölmə: Dünya
NATO Baş katibi: “Gəlin, bəzi mövqeləri ehtiyatla dəyərləndirək”

“Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşün yekununu təmkinlə dəyərləndirməyə çağırıram”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Rusiyanın qüvvələrini Donbasda cəmləşdirmək cəhdlərini şərh edən Baş katib deyib: “Gəlin, bəzi mövqeləri ehtiyatla dəyərləndirək”/Report.

Qeyd edək ki, martın 29-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukraynanın nümayəndə heyətləri arasında görüş keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}