09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Türkiyə XİN: “Avropa İttifaqı və ABŞ Türkiyənin dünya siyasətindəki rolunu bilir"
Tarix: 31-03-2022 11:59 | Bölmə: Dünya
Türkiyə XİN: “Avropa İttifaqı və ABŞ Türkiyənin dünya siyasətindəki rolunu bilir"

“Avropa İttifaqı və ABŞ Türkiyənin dünya siyasətindəki rolunu bilir. Lakin bu müharibə göstərdi ki, Türkiyə bölgədə və dünyada sülhün bərqərar olması üçün açar ölkədir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “Ahaber” telekanalının efirində Ukrayna-Rusiya danışıqlarından bəhs edərkən deyib.

Nazir bildirib ki, Türkiyənin Aİ və dünya iqtisadiyyatına verdiyi töhfə məlumdur: "Digər tərəfdən, Avropa təhlükəsizliyinə ən çox təhfə verən ölkələrdən biriyik. Özlərinə lazım olanda yaxınlaşıb, daha sonra məsafə saxlayırlar. Bu sadəcə Türkiyəyə qarşı deyil, digər ölkələrə qarşı da bu cür rəftar edilir”/Report

Reyting.az xəbər verir ki, nazir daha sonra rus milyarder Abramoviçin danışıqlarda rəsmi şəxs statusunda iştirakına da toxunub: "Liderlər arasında, ölkələr arasında müəyyən açıq kanallar var. Bu baxımdan Roman Abramoviçin faydalı rolu var. Rəsmi və qeyri-rəsmi kanalların olması təbii haldır. Abramoviç səmimi şəkildə müharibənin dayandırılması üçün səy göstərir. O, Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına əlavə edilməyib. Bəli, Böyük Britaniya onun mülkləri ilə bağlı bəzi qərarlar verib, lakin o, sanksiya siyahısında yoxdur”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər