Türkiyə prezidenti: “Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq"
Tarix: 31-03-2022 15:23 | Bölmə: Dünya
Türkiyə prezidenti: “Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq"

“Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqlamışıq”.

Reyting.az
xəbər veirr ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə bir tərəfdən Rusiyanın hərbi fəaliyyətinə reaksiya göstərir, digər tərəfdən də təmasları davam etdirir:

"Bu təmaslar təkcə Ukrayna üçün yox, Suriya, Liviya, Cənubi Qafqaz kimi, bir çox regionlar üçün də əhəmiyyətlidir. Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşlərinin sülhə töhfə verəcəyinə inanıram. Dövlət başçılarının görüşə razılıq vermələri də bu addımın nə qədər vacib olduğunu göstərir. Müharibənin daha çox ölümə, itkiyə səbəb olmamasını arzulayırıq. Fəal diplomatiyamız və tərəfsiz mövqeyimiz nəticəsində vacib müzakirəyə ev sahibliyi etməkdən məmnunuq. Putin və Zelenski ilə müzakirələrim olacaq. Onları müzakirə masasına dəvət edəcəyəm. İnanıram ki, prezidentlər səviyyəsində görüşə ev sahibliyi edə biləcəyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər