Türkiyə MN: "Montrö Konvensiyası ilə müəyyən edilən status-kvo qorunmalıdır"
Tarix: 01-04-2022 13:35 | Bölmə: Dünya
Türkiyə MN: "Montrö Konvensiyası ilə müəyyən edilən status-kvo qorunmalıdır"

“Biz Rusiya ilə Ukrayna arasında həm regionumuzun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələri diqqətlə izləyirik”.

Bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi deyib.

“Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışımızı bir daha təkrarlayır, itkilərin qarşısını almaq, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayırıq. Hesab edirik ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö Konvensiyası ilə müəyyən edilmiş status-kvo qorunmalıdır. Türkiyə konvensiyanı hər zaman diqqətli, məsuliyyətli və qərəzsiz həyata keçirib. Mövcud şəraitdə Montrö Konvensiyası şəffaf şəkildə həyata keçiriləcək və müqavilənin tələblərinin yerinə yetirilməsi davam etdiriləcəkdir”, - qurumdan qeyd olunub/Report.

Nazirlik rəsmisi onu da bildirilib ki, Türkiyə üzvlüyünün 70-ci ildönümündə də NATO-nun dəyərlərini və məsuliyyətlərini bölüşməyə və Alyansın ikinci böyük ordusu olaraq təhlükəsizliyinin qorunmasının mərkəzində olmağa davam edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər