Lavrov: "Ukrayna danışıqlarda Donbass və Krım reallıqlarını anladığını nümayiş etdirir"
Tarix: 01-04-2022 14:44 | Bölmə: Dünya
Lavrov: "Ukrayna danışıqlarda Donbass və Krım reallıqlarını anladığını nümayiş etdirir"

Ukrayna tərəfi danışıqlarda Donbas və Krım reallıqlarını anladığını nümayiş etdirir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdiyini, hələlik yekun plan və razılaşmanın olmadığını söyləyib.

“Rusiya ilə Ukrayna arasında danışıqlar davam etdirilməlidir, Moskva Kiyevin təkliflərinə öz reaksiyasını hazırlayır. Danışıqlar davam etməlidir. Ukrayna tərəfinin ilk dəfə olaraq əldə edilməli olan razılaşmalarla bağlı öz baxışını kağıza köçürdüyü danışıqların son raundunu İstanbuldakı müzakirəçilərimizin necə şərh verdiyini eşitdiniz. Bu razılaşmalar ümumiyyətlə əvvəldən formalaşdırılmalı idi. Biz bu təkliflərə cavab hazırlayırıq. Hər şeydən əvvəl Ukraynanın blok ölkə olmasının, Ukraynanın Şimali Atlantika Alyansında xoşbəxtlik axtarmasının mümkünsüzlüyünün qəbul olunması baxımından danışıqlarda irəliləyiş var”, deyə Sergey Lavrov deyib.

O, Moskva-Kiyev danışıqlarında irəliləyişin olduğunu qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər