Pakistanın baş nazirinə sui-qəsd etmək istəyirlər
Tarix: 02-04-2022 00:02 | Bölmə: Dünya
Pakistanın baş nazirinə sui-qəsd etmək istəyirlər

Pakistanın xüsusi xidmət orqanları baş nazir İmran Xana sui-qəsd planını üzə çıxarıb.

Bu barədə ölkənin informasiya və yayım naziri Fəvad Çoudri məlumat verib

Nazir deyib ki, bu məlumatdan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib.

Bundan əvvəl Pakistanın hakim Ədalət Hərəkatı partiyasının lideri Faisal Vavda da oxşar bəyanatlarla çıxış edərək, baş nazirin həyatına sui-qəsd hazırlandığını bildirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər