Baş Qərargah: “Rus qoşunları ölkənin şimalından çıxarılıb”
Tarix: 03-04-2022 09:36 | Bölmə: Dünya
Baş Qərargah: “Rus qoşunları ölkənin şimalından çıxarılıb”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şimal cəbhəsi ilə bağlı məlumat yayıb. Baş Qərargahın məlumatına görə, rus qoşunları ölkənin şimal vilayətlərindən demək olar ki, çıxarılıblar.

Bildirilir ki, işğalçılar Xarkovu mühasirəyə almaqda davam edirlər. Donbasda isə aktiv döyüş əməliyyatları gedir.

Məlumata görə, Rusiya hərbçilərinin yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb.

Baş Qərargahın məlumatında qeyd olunur ki, Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün əlavə düşmən bölmələrinin hazırlanması davam edir: “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərindən və muzdlulardan "könüllü" batalyonların yaradılması planlaşdırılır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər