Podolyak öldürülən dinc sakinlərlə bağlı Qərb liderlərinə səsləndi: "Yataqlarınızda rahat yatırsınız?"
Tarix: 03-04-2022 17:53 | Bölmə: Dünya
Podolyak öldürülən dinc sakinlərlə bağlı Qərb liderlərinə səsləndi: "Yataqlarınızda rahat yatırsınız?"

"Dünya Buça, İrpen, Qostomeldə insanlığa qarşı tam təsvirolunmaz dəhşətli hadisələrə şahid oldu. Yüzlərlə, minlərlə dinc Ukrayna vətəndaşı xüsusi vəhşiliklə öldürülüb”

Reyting.az
xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, bütün bunlarda Rusiyaya susqun davranan Qərbin də payı var: "Bizə deyirdilər ki, Rusiya hərbçilərini təxribata çəkməmək lazımdır. Avropalı tərəfdaşlarımızın fikrincə, əsas məsələ rusları təxribata təhrik etməməkdir? Əsas odur ki, Üçüncü Dünya Müharibəsi başlamasın? Əsas odur ki, ruslar inciməsin? Niyə?

Axı, raketlər, hava bombaları, tanklar dinc əhalini qırır, yaşayış məntəqələrini bombalayırlar. Hər şeyi bilən dünənki və bugünkü “Avropa liderləri”, yüzlərlə hazırkı avropalı siyasətçilər, yaxşı yeyirlər və yataqlarında rahat yatırlar. Kiyev bölgəsində XXI-ci əsrin cəhənnəm foto arxivinə yaxından baxmaq istəyiniz varmı? XXI-ci əsrdə Srebrenitsa istəyirdiniz? Aldınız? Razısınız? İnsanları ukraynalı olduqları üçün diri-diri yandıran krematoriyaların işləməsinin cəhənnəm dəhşətinin nə olduğunu xatırlamaq istəyirdinizmi? Yenidən üz döndərməyə çalışırsınız? Başınızı silkələmək və qayğı göstərmək üçün başqa bir zirvə təşkil edəcəksiniz?”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər