Serbiyadakı seçkidə insident: xəsarət alanlar var
Tarix: 03-04-2022 18:24 | Bölmə: Dünya
Serbiyadakı seçkidə insident: xəsarət alanlar var

Serbiyanın hüquq-mühafizə orqanları respublikada keçirilən parlament və prezident seçkiləri zamanı baş vermiş iki insidentlə bağlı araşdırmalara başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə bazar günü ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları seçki prosesi zamanı Çaçak şəhərində və Belqradın Zemun bələdiyyəsində baş vermiş insidentlərin səbəblərini araşdırmaq üçün bütün tədbirləri görürlər.

Polisin Çacakda Serb Tərəqqi Partiyasının nümayəndəsi Bratislav Juqoviçə hücum edən şəxsin kimliyini müəyyənləşdirməyə çalışdığı bildirilir. Həmçinin Zemundakı Azad Vətəndaşlar Hərəkatının nümayəndəsi Pavel Qrboviçlə bağlı insident araşdırılır.

Hadisələrin hər iki iştirakçısının yüngül bədən xəsarətləri aldığı qeyd edilir.

Qeyd edək ki, bu gün Serbiyada prezident və növbədənkənar parlament seçkiləri başlayıb.

Yerli vaxtla saat 07:00-da ölkə üzrə 8255 seçki məntəqəsi açılıb, onlar saat 20:00-a qədər fəaliyyətini davam etdirəcəklər.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər