Peskov: "Rusiya Buçada insanların ölümündə əli olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir"
Tarix: 04-04-2022 15:37 | Bölmə: Dünya
Peskov: "Rusiya Buçada insanların ölümündə əli olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir"

"Rusiya Ukraynanın Buça şəhərində insanların ölümündə əli olması ilə bağlı hər hansı iddiaları qəti şəkildə rədd edir".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Üstəlik, biz hesab edirik ki, bu mövzu müzakirə edilməli, mümkün olan ən yüksək səviyyədə müzakirə olunmalıdır, ona görə də bu mövzuya baxılması təşəbbüsü var idi, bizim bu mövzuya BMT Təhlükəsizlik Şurasında baxılması təşəbbüsümüz var idi. Biz bilirik ki, bu təşəbbüsün qarşısı alınıb”, - Kremlin sözçüsü əlavə edib/APA.

Peskov əlavə edib ki, Ukrayna tərəfinin yaydığı videomateriallara etibar etmək olmaz,

O, Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən həmin videolarda saxtakarlığın əlamətlərinin aşkar olunduğunu bildirib: "Vəziyyət əlbəttə ki, ciddidir. Bir çox beynəlxalq liderlər xüsusilə bəyanat verməyə, geniş ittihamlar irəli sürməyə tələsməsinlər, amma yenə də müxtəlif mənbələrdən məlumat tələb etsinlər və ən azı, arqumentlərimizi dinləsinlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər