Serbiyada seçki: Vuçiç və partiyası qalib gəlib
Tarix: 05-04-2022 00:05 | Bölmə: Dünya
Serbiyada seçki: Vuçiç və partiyası qalib gəlib

Serbiyanın hazırkı prezidenti Aleksandar Vuçiç prezident seçkilərinin birinci turunda 58,57% səslə qalib gəlib, onun rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası isə parlamentdə ən çox yer qazanıb.

Bu barədə Respublika Seçki Komissiyasının rəhbəri Vladimir Dimitrieviç bildirib.

Baş Qərargahın keçmiş rəhbəri Zdravko Ponoş 18,35% səslə 2-ci, Miloş Yovanoviç isə 5,96 faizlə 3-cü yerdə qərarlaşıb.

Parlament seçkilərində isə Aleksandar Vuçiçin “Biz birlikdə hər şeyə qadirik” koalisiyası 42,97% səs toplayaraq ən çox yer qazanıb. İkinci yerdə 13,6% səslə Marinika Tepiçin rəhbərlik etdiyi “Serbiyanın qələbəsi uğrunda birləşən” koalisiyası gəlir.

Qeyd edək ki, aprelin 3-də Serbiyada prezident və növbədənkənar parlament seçkiləri keçirilib. Eyni zamanda, Belqrad şəhər şurasına, eləcə də Serbiyanın 12 bələdiyyə şuralarına seçkilər keçirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər