“Böyük yeddilər”in XİN rəhbərləri yenidən bir araya gəlir
Tarix: 05-04-2022 09:26 | Bölmə: Dünya
“Böyük yeddilər”in XİN rəhbərləri yenidən bir araya gəlir

G7-də təmsil olunan ölkələrin xarici işlər nazirləri aprelin 7-də Brüsseldə görüşəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, G7 ölkələrinin xarici işlər nazirləri əvvəlcə Brüsseldə ayrı-ayrılıqda görüşəcəklər. Bu görüşün Şimali Atlantika (NATO) alyansına üzv dövlətlərin xarici işlər nazirlərinin həmin günə planlaşdırılan iclasından əvvəl olacaq.

Hər iki görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoşimasa Hayaşi iştirak edəcək. O, ilk dəfə olaraq alyansın xüsusi dəvəti ilə NATO ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə iştirak edəcək.

Nazirliyin məlumatında qeyd olunur ki, Yaponiya ilə NATO ölkələri arasında təkcə Ukraynadakı vəziyyət baxımından deyil, həm də azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər