NATO: "Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir"
Tarix: 05-04-2022 16:26 | Bölmə: Dünya
NATO: "Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir"

"Gərginliyin artdığını görürük”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“İkinci Dünya müharibəsindən bəri Avropada belə hal olmamışdı. Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir. Rusiya insanların yaşamaq hüquqlarına hörmət etmir. Biz Ukraynanı illərdir dəstəkləyirik. Biz on minlərlə ukraynalı əsgərə təlim keçmişik”, - o bildirib/Report.

Baş katib deyib ki, ukrayna müharibəsinə görə Rusiya Prezidenti Vladimir Putin məsuliyyət daşıyır.: "Ölümlərə görə o, cavabdehdir. Bizim öhdəmizə düşən Ukraynanı müdafiə etməkdir. 2014-cü ilə nisbətən indi Ukrayna Ordusu daha güclüdür. Biz Putinə təzyiqləri artırmağa çalışırıq. Ukraynaya daha çox dəstək verəcəyik. Digər tərəfdən isə biz müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasını istəyirik. Çünki bu, NATO ilə Rusiya arasında savaşa səbəb olacaq və daha çox itki ilə nəticələnəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər