Roma Papası BMT-nin tənqid etdi: "Buça qətliamı kimi yeni vəhşilikdir"
Tarix: 06-04-2022 15:31 | Bölmə: Dünya
Roma Papası BMT-nin tənqid etdi: "Buça qətliamı kimi yeni vəhşilikdir"

Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb.

“Reuters“ xəbər verir ki, Papa Fransisk bu gün Vatikanda auditoriya qarşısında keçirdiyi görüş zamanı qətliamı qınayaraq Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb.

“Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə, Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun, silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”, - Papa bildirib.

Papa Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}