Macarıstanın Baş naziri Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi təklif edib
Tarix: 06-04-2022 18:36 | Bölmə: Dünya
Macarıstanın Baş naziri Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi təklif edib

Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında danışıqlar üçün ev sahibliyi təklif edib.

“Reuters” xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Orban Putini Macarıstanda Ukrayna və Fransa prezidentlərinin də iştirakı ilə keçiriləcək sülh danışıqlarına dəvət etdiyini deyib.

Onun dediyinə görə, Putinin buna cavabı müsbət olsa da, şərtlər irəli sürəcəyini də qeyd edib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər