Zelenski: "Yeddi ölkə Ukraynanın təhlükəsizliyinə təminat verməyə hazırdır"
Tarix: 06-04-2022 22:48 | Bölmə: Dünya
Zelenski: "Yeddi ölkə Ukraynanın təhlükəsizliyinə təminat verməyə hazırdır"

"Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır".

Bunu Ukrayna prezidenti Volodimir Zelenski “Habertürk” telekanalına müsahibəsində deyib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır", - Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə bunu etməyəcək, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

Bundan əvvəl Zelenski qeyd edib ki, ABŞ Ukraynanın tələb etdiyi formada təhlükəsizlik zəmanəti verməyə razı deyil/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər