Yəmən prezidenti səlahiyyətlərini İdarə Şurasına verib
Tarix: 07-04-2022 10:06 | Bölmə: Dünya
Yəmən prezidenti səlahiyyətlərini İdarə Şurasına verib

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi Ər-Riyadda ölkədaxili danışıqlardan sonra Prezident İdarə Şurasının yaradıldığını və keçid dövrü üçün dövlətin idarəetmə səlahiyyətlərinin həmin Şuraya təhvil verildiyini bəyan edib.

Yəmən mətbuatı xəbər verir ki, Əbd Rəbbu Mənsur Hadi, həmçinin vitse-prezident Əli Möhsün əl-Əhmərə tutduğu vəzifələri tərk edəcəklər.

Yeni Şura həm prezidentin, həm də onun müavininin səlahiyyətlərini yerinə yetirəcək.

Ölkə başçısı Rişad Məhəmməd əl-Aliminin şuraya rəhbərlik edəcəyini bildirib. Şuranın tərkibinə ölkənin keçmiş prezidenti Tarek Salehin qardaşı oğlu və Yəmənin cənubunu idarə edən separatçı Cənubi Yəmənin Keçid Şurasının rəhbəri Aydarus əl-Zubeydi də daxil olmaqla daha 7 nəfər daxildir.

Şura Yəmən dövlətinin maraqlarına cavab verən, ölkənin müstəqilliyini və suverenliyini, habelə sərhədlərinin toxunulmazlığını təmin edən balanslaşdırılmış xarici siyasət yürüdəcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər