Şəhər Şurası: "Rusiya hərbçiləri sakinlərin meyitlərini gizlədir"
Tarix: 07-04-2022 16:52 | Bölmə: Dünya
Şəhər Şurası: "Rusiya hərbçiləri sakinlərin meyitlərini gizlədir"

“Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri törətdikləri cinayətləri gizlətmək üçün meyitləri gizlədirlər”.

Bunu Mariupol Şəhər Şurasının başçısı Vadim Boyçenko bildirib.

Onun sözlərinə görə, indiyədək Rusiya hərbçiləri şəhərdə 5 min sakini öldürüb:

"100 mindən çox insan kömək istəyir. Bizə Mariupol sakinlərinin tam təxliyəsi lazımdır. Şəhərimiz uğrunda döyüşən hərbçilərimizi xilas etmək vacibdir. Ən azı bir neçə günlük sükut rejimi lazımdır"/Report.

Qeyd edək ki, ötən gün Mariupol Şəhər Şurası Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün işğalçıların səyyar krematoriyaları (meyitlərin yüksək temperaturda yandırıldığı yer) işə saldığını açıqlamışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər